“Qanuni oğru”dan rüşvət alan general özünü asdı
21 noyabr 2023 15:21 (UTC +04:00)

“Qanuni oğru”dan rüşvət alan general özünü asdı

Moskvanın “Lefortovo” İstintaq Təcridxanasında Rusiya İstintaq Komitəsinin daxili təhlükəsizlik idarəsinə rəhbərlik etmiş keçmiş ədliyyə general-mayoru Mixail Maksimenko həyat əlamətləri olmadan tapılıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, meyit noyabrın 21-də səhər tezdən anbarda tapılıb. Məlum olub ki, general özünü ayaqqabısının bağı ilə asıb.

Maksimenko korrupsiyaya görə 14 il həbs cəzası çəkirdi. Məhkəmə müəyyən edib ki, o, Rusiya İstintaq Komitəsinin Moskva Baş İdarəsinin keçmiş rəisi, general Aleksandr Drımanov və idarənin bir sıra digər yüksək rütbəli əməkdaşları ilə birlikdə “qanuni oğru” Şakro Molodoydan paytaxtdakı restoran yaxınlığında atışmaya görə həbs edilən kriminal avtoritet Andrey Koçuykovun (İtalyan) həbs-qətimkan tədbirinin ləğv edilməsi üçün bir milyon dollar alıb. 

Bu korrupsiya işi üzrə təqsirləndirilən şəxslərdən biri, Moskva Mərkəzi İnzibati Dairəsi üzrə Rusiya İstintaq Komitəsinin şöbəsinin keçmiş rəisi, keçmiş polkovnik Aleksey Kramarenkonu Rusiya prezidenti əfv edib və 10 illik cəza çəkməkdən azad edilib. O, Ukrayna ilə müharibəyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 98967

Oxşar yazılar

Balakəndə evdən meyit tapıldı

Balakəndə evdən meyit tapıldı

11 may 2025 , 10:52
Bakıda yanan tikilidə meyit aşkarlandı

Bakıda yanan tikilidə meyit aşkarlandı

11 may 2025 , 10:09
Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

11 may 2025 , 01:46
İmişlidə 33 yaşlı kişi bıçaqlandı

İmişlidə 33 yaşlı kişi bıçaqlandı

10 may 2025 , 23:15
Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

10 may 2025 , 22:41
Gəncədə maşın 18 yaşlı qızı vurdu

Gəncədə maşın 18 yaşlı qızı vurdu

10 may 2025 , 22:04
Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

10 may 2025 , 21:06
Şəkidə AĞIR QƏZA:   7 nəfər yaralandı, ikisi uşaqdır - YENİLƏNİB

Şəkidə AĞIR QƏZA: 7 nəfər yaralandı, ikisi uşaqdır - YENİLƏNİB

10 may 2025 , 20:16