Qadın uşaq doğub onu qutuda gizlətdi, sonda uşaq öldü.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Tatarıstanda baş verib. Gənc ana ölü körpəsini 10 gün eyvanında qutuda saxlayıb.
Xəbərlərdə bildirilib ki, Nijnekamskda körpə meyiti tapılıb. 25 yaşlı ata evdə olmadığı halda qadının oğlan uşağı dünyaya gətirdiyi bildirib. Lakin o, doğuşdan sonra uşağı eyvandakı qutuda qoyub. 22 yaşlı rusiyalı qadına qarşı cinayət işi açılıb. Uşağın ölümünün hansı şəraitdə baş verdiyi araşdırılır.