Bakının Sabunçu rayonunda quldurluq hadisəsi baş verib.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, Bolluq bazarı ərazisində maska taxmış naməlum şəxs 1992-ci il təvəllüdlü Novruzova Pərvanə Atabala qızına hücum edib. Naməlum şəxs qadına üzünə bir neçə yumruq vuraraq əlindəki çantasını götürərək ərazidən qaçıb. Qadın ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.