Qadın özünü bıçaqladı - EHTİYATSIZLIQ
02 mart 2021 00:20 (UTC +04:00)

Qadın özünü bıçaqladı - EHTİYATSIZLIQ

0

Gəncədə ehtiyatsızlıqdan bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına  görə, hadisə şəhərin “38 Hərbi  şəhərcik” adlanan yaşayış binasındakı mənzillərin birində  qeydə alınıb.

2001-ci il təvəllüdlü Fidan İsmayılova qarının daxilə keçən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal qadın əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qadının yaxınlarının dediyinə görə, mətbəxtə ehtiyatsızlıqdan bıçaq əlindən düşüb qarnına batıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1719

Oxşar yazılar