Qadın həbsdən çıxan əri ilə dalaşıb evi yandırdı
11 mart 2023 18:14 (UTC +04:00)

Qadın həbsdən çıxan əri ilə dalaşıb evi yandırdı

0

Türkiyədə qadın həbsdən çıxan əri ilə dalaşaraq, evi yandırıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Ədirnə şəhərində Yenimescit məhəlləsində baş verib. Oğurluq və qəsdən sağlamlığa ağır zərərvurma maddələri ilə 10 il cəza çəkib azadlığa çıxan C. T arvadı H. T-nın evinə gedib.

Evdə cütlük arasında naməlum səbəbdən mübahisə düşüb. Bu zaman qadın qaz balonunu yandıraraq, yerə atıb. Daha sonra alov bütün evi bürüyüb.

Hadisə yerinə polis və yanğınsöndürənlər gəlib. Yanğın söndürülüb və qadın saxlanılıb. Onun əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunduğu üzə çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2260

Oxşar yazılar