Krasnoyarskda qadın kirayədə qaldığı mənzilin 15-ci mərtəbəsinin pəncərəsindən yıxılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisədən əvvəl qadın kişi ilə mübahisə edib və özünə xəsarət yetirib.
Hadisə Krasnoyarskın “Sovetski” məhəlləsində baş verib. Ər-arvadın kirayədə qaldıqları mənzildə şənlik olub. Daha sonra cütlük dava-dalaşla əşyaları səliqəyə salmağa başlayıblar. Bu zaman 27 yaşlı qadın özünə xəsarət yetirib.
Davaya şahid olan qonşular hadisə yerinə polis və təcili yardım çağırıb. Polis münaqişə iştirakçılarını dindirib, zərərçəkmiş həkimlərə təhvil verilib, Krasnoyarsklı qadın xəstəxanaya yerləşdirilməkdən imtina edib və o, münaqişənin davam etdiyi mənzilə qayıdıb.
Davam edən mübahisə zamanı qadın 15-ci mərtəbənin pəncərəsindən yıxılaraq, həyati təhlükəsi olan xəsarətlər alıb. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.