Türkiyədə uşağı qaçırıb, fidyə istəyiblər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Mersin şəhərində qeydə alınıb.
Suriyalı zərgər Halit Hayankedin 12 yaşlı oğlu Xalid Hayanked itkin düşüb. Bir müddət sonra telefonla ailəyə zəng edən şəxs uşaqlarının əllərində olduğunu və 400 min avro fidyə qarşılığında uşağı buraxacaqlarını, polisə xəbər versələr, öldürəcəklərini deyib.
Halit Hayanked polisə xəbər verib. Bundan xəbərdar olan oğru uşağı zəncirlə boğaraq öldürüb.
Xəbərdarlıqdan sonra hadisə yerinə polis qrupları 3 bloklu yaşayış kompleksində A blokunun zirzəmisinə girən zaman 12 yaşlı uşağın xalçaya bükülmüş cəsədini aşkarlayıb.