Rusiya hüquq-mühafizə orqanları müğənni Alla Puqaçovaya cinayət işi aça bilər.
Lent.az yerli mediaya istinadla bildirir ki, cinayət işinin açılmasına səbəb onun müsahibəsində Cövhər Dudayevlə bağlı müsbət fikirlər səsləndirməsidir.
Qeyd olunur ki, sənətçinin müsahibədə çeçen mücahid Dudayev haqqında dediyi sözlər Cinayət Məcəlləsinin 205.2-ci maddəsinə “terrorizmi haqq qazandırma) uyğun gəlir. Müğənnini 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər, hazırda yoxlama aparılır.
Bundan əvvəl vəkil Aleksandr Treqşov Dudayev barədə sözlərinə görə Puqaçovaya qarşı məhkəməyə müraciət edərək ondan 1,5 milyard rubl tələb edib. Onun sözlərinə görə, müğənninin bəyanatları döyüş veteranlarını təhqir edir. Müsahibədə Puqaçova həmçinin Dudayevin sağ qalması üçün heç nə edə bilmədiyinə görə üzr istəyib və onu “düzgün insan” adlandırıb.
Müsahibə yayımlandıqdan sonra Puqaçova paylaşım edərək yazıb ki, onda “danışmaq istəyi bir dəqiqəyə yox oldu”.