"Pub"da hesab ödəyən müştərinin başına oyun açdılar - VİDEO
11 may 2023 16:37 (UTC +04:00)

"Pub"da hesab ödəyən müştərinin başına oyun açdılar - VİDEO

Bakının Nəsimi rayonu ərazisində naməlum şəxslərin bir nəfəri döyərək onun 8512 manat pulunu, sənəd və pul kisəsini ələ keçirmələri barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Xəzər Ələsgərov, Nicat Kərimov, Vüqar İsmayılov və əvvəllər məhkum olunmuş Təhmasib İlyaslı saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri zərərçəkəni Nəsimi rayonunda yerləşən “pub”lardan birində hesabı ödəyən zaman görüblər. Onun cibində pul olduğunu bildikdən sonra isə zərərçəkəni izləyərək quldurluq yolu ilə həmin vəsaitləri ələ keçiriblər. Dəstə üzvləri pulu Xəzər Ələsgərovun Abşeron rayonunda yerləşən evində aralarında bölüblər.

Faktla bağlı İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb, dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İdarə əməkdaşları tərəfindən həmçinin ötən gün narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı da əməliyyatlar keçirilib. Tədbir zamanı daha 4 nəfər – Əmrulla Hüseynov, Fərid Əliyev, Seymur Muxtarlı və İlahə Fərzullayeva saxlanılıblar. Həmin şəxslərdən 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər narkotikləri sosial şəbəkələr vasitəsi ilə onlayn yolla əldə etdiklərini və paytaxt ərazisində narkokuryerliklə məşğul olduqlarını bildiriblər.

Qeyd edilən faktlarla bağlı da Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2084

Oxşar yazılar

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü -YENİLƏNİB -VİDEO

Xudafərində qazıntı aparan iranlılardan biri çaya düşdü-YENİLƏNİB-VİDEO

11 may 2025 , 14:16
Balakəndə evdən meyit tapıldı

Balakəndə evdən meyit tapıldı

11 may 2025 , 10:52
Bakıda yanan tikilidə meyit aşkarlandı

Bakıda yanan tikilidə meyit aşkarlandı

11 may 2025 , 10:09
Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

Qazaxda yeniyetmə skuterdən yıxılıb öldü

11 may 2025 , 01:46
İmişlidə 33 yaşlı kişi bıçaqlandı

İmişlidə 33 yaşlı kişi bıçaqlandı

10 may 2025 , 23:15
Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

Gəncədə avtomobil 52 yaşlı qadını vurub öldürdü

10 may 2025 , 22:41
Gəncədə maşın 18 yaşlı qızı vurdu

Gəncədə maşın 18 yaşlı qızı vurdu

10 may 2025 , 22:04
Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü

10 may 2025 , 21:06