Prokurorluq Bakıda Çin vətəndaşının qətli ilə bağlı məlumat yaydı - YENİLƏNİB
18 iyul 2023 17:43 (UTC +04:00)

Prokurorluq Bakıda Çin vətəndaşının qətli ilə bağlı məlumat yaydı - YENİLƏNİB

Prokurorluq Bakıda Çin vətəndaşının öldürülməsi faktı ilə bağlı məlumat yayıb.

Nizami rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyulun 18-i Çin Xalq Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Pan Yuan Liangın aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Çin Xalq Respublikasının vətəndaşı, 1983-cü il təvəllüdlü Yuan Tiangangın iyulun 14-də Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində yerləşən yataqxanada aralarında yaranmış mübahisə zamanı Pan Yuan Lianga dəmir parçası ilə xəsarətlər yetirməsi və zərəçəkmişin həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsilə (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi istintaq edilir. Yuan Tiangang təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

***

saat 14:58

Bakıda həmyerlisi tərəfindən döyülən çinli xəstəxanada ölüb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Çin vətəndaşı, 1975-ci il təvəllüdlü Pan Yuan Liang müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında dünyasını dəyişib. 

Qeyd edək ki, iyulun 14-də Bakının Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən yataqxanada Çin Respublikasının vətəndaşları - 1983-cü il il təvəllüdlü Yuan Tiangang 1975-ci il təvəllüdlü Pan Yuan Liangı dəmir parçasıyla vuraraq ona bədən xəsarəti yetirib.

***

16 iyul saat 11:29

Bakıda 14 iyulda Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən yataqxanada Çin Respublikasının vətəndaşları: 1983-cü il il təvəllüdlü Yuan Tiangang 1975-ci il təvəllüdlü Pan Yuan Liangı dəmir parçasıyla vuraraq ona bədən xəsarəti yetirib.

Lent.az-ın məlumatına görə, Yuan Tiangang şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Nizami RPİ-nin İŞ-də CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6777
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21