Prokuror Maqsuda İŞ İSTƏDİ:  zərərçəkənlər narazıdır...
25 aprel 2022 16:55 (UTC +04:00)

Prokuror Maqsuda İŞ İSTƏDİ: zərərçəkənlər narazıdır...

1,6 milyon manatlıq dələduzluq əməllərinə görə həbs edilən keçmiş iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. 

Prokuror Maqsud Mahmudovun ittihamlarda təqsirinin sübuta yetirildiyini bildirib və onun 14 il azadlıqdan məhrum edilməsini istəyib. 

Zərərçəkmiş Aslan Qəhrəmanov bildirib ki, Maqsud Mahmudovun həbs edilməsinin ona heç bir xeyri yoxdur:

"Bizə maraqlı olan pullarımızdır. Bizə dəymiş ziyan necə olacaq? Maqsud ya tutuldu, ya öldü, bizə fərq eləmir. Əsas bizə dəymiş ziyan ödənilsin".

Prosesdə vəkil müdafiə çıxışı üçün vaxt istəyib. 

Məhkəmə prosesi aprelin 27-ə təyin edilib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2679
avatar

Fidan İlqar

Oxşar yazılar