Polkovnik Həziyev həbs olundu  - Hərbi Prokurorluq
24 iyul 2024 19:54 (UTC +04:00)

Polkovnik Həziyev həbs olundu - Hərbi Prokurorluq

Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissənin komandiri, polkovnik Həziyev Samir Mətləb oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə ittiham elan edilməsi və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, barəsində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq hərbi prokurorun böyük köməkçisi Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

O bildirib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Qeyd edək ki, bu barədə xəbəri ilk olaraq Bizim.media yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5763
avatar

Oxşar yazılar