Polisi aldatmaq   ona baha başa gəldi
23 oktyabr 2021 13:23 (UTC +04:00)

Polisi aldatmaq ona baha başa gəldi

Polisə yalan məlumat verən şəxs barəsində cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsinə müraciət edən Xırdalan şəhər sakini V.Məhərrəmov oktyabrın 22-də saat 3 radələrində Masazır qəsəbəsi ərazisində idarə etdiyi “Toyota” markalı avtomobildə olan sərnişinin onu bıçaqla hədələyib 370 manat pulunu almasını bildirib.

Dərhal müvafiq araşdırmalar aparılmış və V.Məhərrəmovun polisə yalan məlumat verməsi müəyyən edildiyindən barəsində Cinayət Məcəlləsinin 296-cı maddəsi (bilə-bilə yalan xəbərçilik etmə) ilə cinayət işi başlanıb.

# 954
avatar

Oxşar yazılar