Polisə müqavimət göstərən "avtoş" həbs edildi - VİDEO  -YENİLƏNİB
09 avqust 2024 19:10 (UTC +04:00)

Polisə müqavimət göstərən "avtoş" həbs edildi - VİDEO -YENİLƏNİB

Avtoxuliqanlıq edib tabesizlik göstərən Elşən Abdullayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Bu barədə Lent.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müvafiq qərarla Elşən Abdullayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.

 

***

09:53

 

Sosial şəbəkələrdə DYP əməkdaşlarına tabesizlik göstərən sürücünün görüntüləri yayılıb. 

Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayılan görüntülərə aydınlıq gətirlib. 

Bildirilib ki, avqustun 8-də saat 17:30-da paytaxt ərazisində yol-hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər etməklə insanların həyat və sağlamlığına real təhlükə yaratdığına görə "VAZ-2107" markalı avtomobilin sürücüsünə DYP əməkdaşları tərəfindən “Saxla” işarəsi verilib. Lakin avtomobilin sürücüsü buna məhəl qoymayaraq, əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən avtoxuliqanlıq hərəkətlərini davam etdirib.

Görülən tədbirlərlə sürücü 29 yaşlı Abdullayev Elşən Teyfur oğlu Nəsimi rayonu ərazisində saxlanılıb. O, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərib.

E.Abdullayev barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1656
avatar

Oxşar yazılar