Polis Zaqatalada itlərin güllələnməsi ilə bağlı araşdırmalara başladı - YENİLƏNİB
20 iyun 2023 13:11 (UTC +04:00)

Polis Zaqatalada itlərin güllələnməsi ilə bağlı araşdırmalara başladı - YENİLƏNİB

0

Daxili İşlər Nazirliyi Zaqatalada itlərin güllələnməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, ötən gecə saatlarında DİN-in “102” Xidməti-Zəng Mərkəzinə müraciət edən Zaqatala rayon sakini Nizami Ramazanov şəhər ərazisində sahibsiz itləri güllələyən şəxslərin ona və bacısına qarşı fiziki güc tətbiq etmələri ilə bağlı məlumat verib.

Daxil olmuş müraciət əsasında hazırda rayon polis şöbəsində araşdırma aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq məsələ ilə bağlı müvafiq qərar qəbul ediləcək.

***

Saat 11:31

Zaqatala rayonunda sahibsiz itlərin güllələnməsi iddia edilib.

Lent.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Belə ki, rayon ərazisində lentə alınan videoda bir neçə it cəsədinin aşkarlandığı görünür.

Lent.az sözügedən videonu təqdim edir:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 11148

Oxşar yazılar