Polis tələbə qızı zorlayıb? -  İDDİA
01 noyabr 2021 19:04 (UTC +04:00)

Polis tələbə qızı zorlayıb? - İDDİA

0

Tələbə qız Moskvadakı polis bölməsində zorlandığını açıqlayıb. 

Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, 21 yaşlı tələbə Miroslava Malyarova gənc oğlanla birlikdə Lyublino rayonunda polis şöbəsinə aparılıb. Qızın sözlərinə görə, bunun üçün heç bir səbəb olmayıb. O, telefonunun və bütün əşyalarının əlindən alındığını, gecə isə sərxoş əməkdaşın ona təcavüz etdiyini bildirib.

Tələbənin dediyinə görə, o, köməyə çağırıb,  valideynləri və vəkillə əlaqə saxlamaq imkanı istəyib. O, həmçinin bildirib ki, təcavüzkarın kabinetində ona gələn ülgüclə damarlarını kəsib.

Malyarovanın sözlərinə görə, Rusiya İstintaq Komitəsinə ərizə ilə müraciət edib, lakin qızın özünün polis əməkdaşı ilə cinsi əlaqəyə girməyə razı olduğunu deyərək, ona cinayət işi başlamaqdan imtina edildiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3644

Oxşar yazılar