Polis rəisindən sonra müstəntiq də saxlanıldı
04 oktyabr 2023 13:44 (UTC +04:00)

Polis rəisindən sonra müstəntiq də saxlanıldı

Moskvanın Basmannı rayonu üzrə polis müstəntiqi dələduzluqda şübhəli bilinərək saxlanılıb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, cinayət yayda analoji ittihamlarla saxlanılan həmin Daxili İşlər İdarəsinin keçmiş rəisinin maxinasiyası ilə bağlıdır.

Məlumata görə, 2022-ci ilin dekabrından 2023-cü ilin fevralına qədər baş müstəntiq birjada açılmış depozit hesabına həbs qoyulması üçün Basmannı məhkəməsinin saxta qətnaməsini hazırlayıb. 

Bunun sayəsində müstəntiq və onun əlaltılarının aldığı hesabdan 1 milyon rubl çıxarılıb. İstintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4913

Oxşar yazılar