“Ermənistan” tibb mərkəzində istintaq şöbəsində özünü güllə ilə vuran polis ölüb.
Lent.az-ın Ermənistan mediasına istinadla xəbərinə görə, faciəli hadisə dekabrın 9-da baş verib.
Ermənistan Daxili İşlər Nazirliyinin Dövlət Təhlükəsizlik İdarəsinin Maştots şöbəsinin əməkdaşı, 25 yaşlı Vaaqn M. İstintaq Komitəsinin Ajapnyak və Davidaşen inzibati rayonları üçün istintaq idarəsinin mühafizə otağında özünə odlu silahla xəsarət yetirib.
Mənbənin sözlərinə görə, Vaaqn M. İrəvanın Maştots rayon polis idarəsinin mühafizə şöbəsində polis əməkdaşı işləyirdi.