Polis məsciddə əməliyyat keçirdi
11 mart 2023 14:57 (UTC +04:00)

Polis məsciddə əməliyyat keçirdi

0

Rusiyada polisi məsciddə yoxlama keçirib.

Lent.az xəbər verir ki, bu barədə “Moskva 24” məlumat yayıb. Məlumatda bildirilir ki, OMON və polis Moskva yaxınlığındakı Krasnoqorsk şəhərinin Narodnoqo Opolçeniya küçəsində yerləşən məscidə basqın edib. Versiyalardan birinə görə, reyd yerli sakinlərin səs-küylə bağlı şikayətindən sonra keçirilib.

Telekanalın müxbiri xəbər verir ki, təhlükəsizlik qüvvələri binanı mühasirəyə alarkən yüzlərlə insan şəhər məscidinə toplu namaz qılmaq üçün gəlib.

Müsəlman icmasının sədri İlham Sadıqovun sözlərinə görə, yoxlama dinc şəraitdə keçib. O bildirib ki, əvvəllər belə hadisələr olmayıb. Sadıqov qeyd edib ki, müsəlmanların namaz qılmaları üçün daha münasib yerin ayrılması üçün artıq administrasiyaya müraciət edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2737

Oxşar yazılar