Polis 7 yeniyetməni saxladı - OĞURLUĞA CƏHD
01 dekabr 2025 17:10 (UTC +04:00)

Polis 7 yeniyetməni saxladı - OĞURLUĞA CƏHD

0

Paytaxtın Səbail rayonunda oğurluğa cəhd olub.

Lent.az xəbər verir ki, səhər saat 10 radələrində naməlum şəxslər Bibiheybət qəsəbəsinin ərazisində yerləşən dövlət idarələrindən birinə məxsus elektrik kabellərini talamağa çalışıblar.

Polis əməkdaşlarının ayıq-sayıqlığı nəticəsində əməli törətməyə cəhd edən 3 yeniyetmə iş başında yaxalanıblar.  

 Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən parkda isə lampaları sındırmaqla əmlaka qəsdən zərər vurmaqda şübhəli bilinən 16-17 yaşlarında 4 yeniyetmə də polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

 Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar