Sərxoş qız GECƏ BARINDA  kişiləri bir-birinə qatdı - VİDEO
05 mart 2024 13:07 (UTC +04:00)

Sərxoş qız GECƏ BARINDA kişiləri bir-birinə qatdı - VİDEO

Moskvanın mərkəzindəki barda sərxoş qız pivə şüşəsindən qırıb kişilərə hücum edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Novoslobodskayadakı Tribune barında qeydə alınıb.

Çeboksarıdan olan 28 yaşlı Alisa bara gedib. Qız əvvəlcə sakitcə pivəsini içirmiş. Lakin sonra o, özünə nəzarəti itirib. Əvvəlcə qəzəblənərək ətrafındakı hər kəsə qışqırmağa başlayıb. Bunu qonaqlardan biri və müəssisənin barmeni görüb və qızı danlayıb.

O, daha da qəzəblənib, pivə stəkanı sındıraraq ondan “rozet” düzəltdi və davaya girib. Alisa barmenin əlini kəsib. Qızın niyyəti o olub ki, barmenin boynunu kəssin.

İndi prokurorluq hadisənin bütün hallarının aydınlaşdırılmasına nəzarət edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4116
avatar

Fidan İlqar

Oxşar yazılar