Piyadanı vuran sürücü saxlanıldı
16 aprel 2022 10:52 (UTC +04:00)

Piyadanı vuran sürücü saxlanıldı

Şəmkirdə yol qəzası zamanı 1 nəfər xəsarət alıb. 

Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsində baş verib. 

Məlumata görə, “VAZ-2107” markalı avtomobil qəsəbə sakini M.Eyyubovu vurub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini Nazim Novruzov saxlanılıb. 

Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1472

Oxşar yazılar