Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli prospektində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2002-ci il təvəllüdlü Şəhriyar Məmmədovu vurub. Piyada hadisə yerində ölüb. Məlumata görə piyadanı vuran avtomobil hadisə yerinədən qaçıb. Faktla bağlı araşdırma aparılır.