Piyadanı maşın vuraraq öldürüb
23 oktyabr 2021 19:40 (UTC +04:00)

Piyadanı maşın vuraraq öldürüb


Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən yaşlı kişini vurub.

Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Piyadanın kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır

# 1038
avatar

Oxşar yazılar