Pirşağı çimərliyində FACİƏ: müəllim dənizdə batdı  - YENİLƏNİB
30 iyun 2026 00:46 (UTC +04:00)

Pirşağı çimərliyində FACİƏ: müəllim dənizdə batdı - YENİLƏNİB

0

Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə batan qadın müəllim imiş.

Lent.az xəbər verir ki, dənizdə batan şəxs Zabrat qəsəbə sakini, 1984-cü il təvəllüdlü Raisə Şükür qızı Abbasovadır.

O, Kəlbəcər rayon 84 saylı tam orta məktəbdə tarix müəllimi kimi işləyib. Həmkarları bildirirlər ki, R.Abbasova pedaqoji fəaliyyəti dövründə yüksək nailiyyətləri ilə seçilib və onun şagirdləri ali məktəblərə qəbul imtahanlarında yüksək ballar toplayıblar.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

***

saat 12:46

Bakıda daha bir nəfər dənizdə batıb.

Lent.az xəbər verir ki, hadisə Pirşağı çimərliyində qeydə alınıb.

Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Raisa Abbasova dənizdə çimərkən boğularaq ölüb. 

Araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1685

Oxşar yazılar