Özünü və qonşusunu bıçaqladı
19 mart 2022 23:26 (UTC +04:00)

Özünü və qonşusunu bıçaqladı

Göyçay rayonunda bıçaqlanma hadisəsi olub, xəsarət alanlar var.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə axşam saat 22:00 radələrində rayonun Bığır kəndində qeydə alınıb. 

 Kənd sakini, 1992-ci il təvəllüdlü Namətov İlkin Vidadi oğlu qonşusu 1979-cu il təvəllüdlü Qasımov Eyvaz Böyükağa oğlunun evinə qonaq gedib. Spirtli içki qəbul edən qonşular arasında şəxsi münasibətlər zəmnində dava baş verib. İlkin Namətov üzərində gəzdirdiyi bıçaqla ev sahibi Eyvaz Qasımova, sonra isə özünə xəsarət yetirib. 
Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.  

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2359

Oxşar yazılar