Özünü güllələyən   Avropa çempionu komaya düşdü
04 noyabr 2023 16:19 (UTC +04:00)

Özünü güllələyən Avropa çempionu komaya düşdü

Bolqarıstan çempionu biatlonçu Krasimir Anev mədəsindən güllə yarası alaraq tibbi komaya düşüb.

Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, noyabrın 1-də idmançı güllə yarası ilə Kyustendil şəhəri yaxınlığındakı bəndin yaxınlığında tapılıb. Hazırda Anev ağır vəziyyətdə reanimasiyadadır. Polisin məlumatına görə, biatlonçu özünü mədəsindən güllələyib.

36 yaşlı Anev fərdi yarışda 2019-cu ilin Avropa çempionudur. Onun Avropa çempionatında da dörd gümüş və dörd bürünc medalı var. İdmançı iki dəfə Dünya Yay Biatlon Çempionatında üçüncü olub. 2019/2020 mövsümünün sonunda karyerasını başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3852
avatar

Oxşar yazılar