Özünü asan qadın son anda xilas edildi
03 dekabr 2021 16:36 (UTC +04:00)

Özünü asan qadın son anda xilas edildi

Salyanda qadın intihara cəhd edib. 

Lent.az-ın məlumatına görə, Salyan rayonu, Pambıqkənd sakini, 42 yaşlı Mahmudova Ceyran Əliqardaş qızı özünü asaraq intihara cəhd edib. Qadın son anda yaxınlarının köməyi ilə ipdən azad edilib və Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxananın reanimasiya şöbəsinə asfeksiya diaqnozu ilə komatoz halında yerləşdirilən qadının vəziyyəti ağırdır. 

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı

# 2061
avatar

Oxşar yazılar