Özünə 15 günlük həbs  istədi, hakim 16 gün verdi - Azərbaycanda
06 may 2026 11:05 (UTC +04:00)

Özünə 15 günlük həbs istədi, hakim 16 gün verdi - Azərbaycanda

0

Gəncədə küçədə söyüş söyən həbs edilib.

Lent.az xəbər verir ki, hadisə şəhərin Qaranamazlı küçəsində qeydə alınıb.

Məlumata görə, 34 yaşlı Səməd Rzayev (ad və soyad şərtidir) küçədə uca səslə söyüş söyüb. Ərazidə xidmətdə olan polis əməkdaşları ona yaxınlaşaraq irad bildirib və əməlini dayandırmasını tələb ediblər. Lakin Səməd onların qanuni tələbinə məhəl qoymayıb. Həmçinin onun davranışları şübhə doğurduğundan Narkoloji Dispanserə müayinəyə aparılıb.

Sidik analizi zamanı THC (marixuana) aşkar edilib. Buna görə də onun barəsində İnzibati Xətalar Məcəlləsinin 3 maddəsi ilə protokol tərtib olunub.

Səməd Rzayev törətdiyi əməllərə görə məhkəmədən barəsində 15 günlük həbs qərarı verilməsini xahiş edib.

Məhkəmə qərarı ilə o, 16 gün müddətinə inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 140

Oxşar yazılar