Moskva vilayətinin şərqində 15 yaşlı məktəbli yetkin kişiyə qarşı qarşılıqsız hisslər keçirdiyi üçün intihara cəhd edib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 9-cu sinif şagirdi rəfiqəsi ilə gəzib. O, ona özündən çox yaşlı, hislərinin qarşılığını verməyən kişini sevdiyini söyləyib.
Bir müddət sonra rəfiqələr yollarını ayırıblar. Lakin Moskva vilayətinin 15 yaşlı sakini həmin axşam doğmalarının yanına getməyib.
Polis əməkdaşları atasına zəng edərək qızının intihara cəhd etdiyini bildirib. O, xəstəxanaya aparılıb. Həkimlər orta məktəb şagirdinə kəllə və qabırğa sümüklərinin sınığı, daxili orqanlarının zədələnməsi diaqnozu qoyublar. Hazırda qızın vəziyyəti stabil ağır qiymətləndirilir.
Məktəbli qızın atası və nənəsi tərəfindən tərbiyə olunduğunu öyrənmək mümkün olub. Qızın anası 2022-ci ildə vəfat edib.