Başqırdıstanın paytaxtı Ufada məhkəmə yol polisi alayının keçmiş rəisi, Daxili İşlər Nazirliyinin polkovnik-leytenantı İrşat Kulsinbayevi cərimələyib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, əməlindən peşman olan Kulsinbayev 4000 rubl (təxminən 73 manat) ödəməlidir.
Qeyd edək ki, bu il aprelin 9-da yol polisi müfəttişləri şəhərin küçələrində dolanan “Toyota Land Cruiser”i görüblər. Sürücü əməkdaşların saxlamaqla bağlı qanuni tələblərinə məhəl qoymayıb və qaçmağa cəhd edib. Bundan sonra yol polisləri onu təqdib ediblər. Lakin o, saxlanılıb.