Oyuncaq silahla insanları nişan alan  sərxoş tutuldu
26 iyun 2023 11:22 (UTC +04:00)

Oyuncaq silahla insanları nişan alan sərxoş tutuldu

0

Sankt-Peterburqda bir qız kolluqda avtomatla oturan kişidən şikayətlənib.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, hadisə bazar günü səhər tezdən Primorski rayonunda baş verib. 19 yaşlı qıza polisə avtomatdan qəribə adamın ona nişan alması barədə məlumat verib. O bildirib ki, Torf yolunda evin yaxınlığındakı kolların arasında oturan şübhəli kişi görüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd olunan ünvana gəlib və yaxınlıqda 33 yaşlı "silahlı" şəhər sakinini tapıblar. Əlindəki avtomata oxşayan əşyanın maket olduğu üzə çıxsa da, sərxoş kişi saxlanılıb.

Bildirilir ki, saxlanılan şəxs kamerada gecələyib və hadisə ilə bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. O da məlumdur ki, saxlanılan şəxs 10 il əvvəl avtomobil oğurluğuna görə həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2075

Oxşar yazılar