Rusiyanın Çelyabinsk vilayətində yük avtomobilinin sürücüsü kabinədə olan oyuncaq meymuna görə cərimələnib.
Lent.az yerli mediaya istinadla bildirir ki, təhlükəsizlik kamerası kabinədə olan meymunu insan zənn edib.
Onun kəmər taxmadığı üçün sürücüyə protokol tərtib olunub.
Sürücünün buna etirazı, həmçinin yol polisinin texniki səhvə görə cəriməni ləğv etməsi barədə məlumat yoxdur.