Rusiyada faciəvi hadisə baş verib.
Lent.az xarici mediaya istinadən bildirir ki, hadisə Amur vilayətində meşələrdə baş verib.
Bir ovçu səhvən başqa bir ovçunu vuraraq öldürüb. Kuznetsovo kəndindən 3 kilometr aralıda 36 yaşlı ovçu əlində "Tiger" silahı ilə ovunu izləyib.
O, xışıltı səsi eşidən kimi bunun heyvan olduğunu zənn edərək atəş açıb. Lakin vurduğu başqa bir ovçu olub. Zərərçəkən ombası və sol qolundan xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.