Ötən il 588 nəfər yol qəzalarında ölüb
02 fevral 2023 16:18 (UTC +04:00)

Ötən il 588 nəfər yol qəzalarında ölüb

Ötən il Bakı şəhəri və Naxçıvan Muxtar Respublikası istisna olmaqla, respublikanın şəhər və rayonlarında ümumilikdə 956 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Lent.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Nəticədə 379 nəfər ölüb, 967 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, Bakıda 2022-ci ildə 437 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 188 nəfər ölüb, 355 nəfər xəsarət alıb.

Naxçıvan MR-da isə ötən il 47 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 21 nəfər həyatını itirib, 56 nəfər isə müəyyən bədən xəsarəti alıb.

# 1296
avatar

Oxşar yazılar