Ötən gün baş vermiş yanğınlar, xilasetmələr - FHN
30 yanvar 2021 11:28 (UTC +04:00)

Ötən gün baş vermiş yanğınlar, xilasetmələr - FHN

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən Lent.az-a bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 8 yanğın, 4 digər hallarda köməksiz vəziyyətdə qalma (bağlı qapı, lift və s.) və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 5 nəfər köməksiz vəziyyətdə qalan və 1 nəfər intihara cəhd edən şəxs xilas olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1172

Oxşar yazılar