Ötən gün 36 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb
19 dekabr 2020 11:09 (UTC +04:00)

Ötən gün 36 aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 18-də respublikamızın ərazisində 36 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 30 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.

# 834
avatar

Oxşar yazılar