Ot biçən  kişi yanıb öldü
28 may 2025 14:45 (UTC +04:00)

Ot biçən kişi yanıb öldü

Kareliya Respublikasında ot biçən kişi yanaraq ölüb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, 55 yaşlı şəxs otbiçən maşınla ot biçirmiş. Bir anda maşın alovlanıb və qığılcamlar onun paltarına keçib. Nəticədə kişi ağır xəsarətlər alıb.

O, vertolyotla Sankt-Peterburqda yerləşən tibb müəssisəsinə aparılıb. 

Həkimlər ona bədəninin 50%-dən çoxunun yanıq diaqnozu qoyublar. Bütün müdaxilələrə rəğmən xəstəxanada ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1340

Oxşar yazılar