Naxçıvanda faciəli şəkildə ölən zabitimizin fotosu yayılıb.
Lent.az həmin fotonu təqdim edir:
***
saat 12:57
Naxçıvan Muxtar Respublikasında hərbçi faciəli şəkildə ölüb.
Lent.az xəbər verir ki, "N" saylı hərbi hissənin zabiti, 2000-ci il təvəllüdlü leytenant Xələfov Nemət İlham oğlu yaşadığı mənzildə dəm qazından zəhərlənib. O, hadisə yerində vəfat edib.
Bildirilir ki, N.Xələfov Göyçay rayonunun Qaraman kənd sakinidir. O, ali hərbi məktəbi yenicə bitirərək Naxçıvana xidmətə yollanıbmış.
Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo