"Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları məlumat yalandır".
Müdafiə Nazirliyindən Lent.az-a bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb: "Azərbaycan Ordusu mülki əhalini və obyektləri atəşə tutmayıb.
Hazırda bu istiqamətdə sakitlikdir. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur".