Ordudan tərxis olunan qazinin ölməsi ilə bağlı YENİ TƏFƏRRÜATLAR
18 yanvar 2021 18:19 (UTC +04:00)

Ordudan tərxis olunan qazinin ölməsi ilə bağlı YENİ TƏFƏRRÜATLAR

Yanvarın 17-də iynə vurulandan sonra anafilaktik şoka düşüb dünyasını dəyişdiyi deyilən Vətən Müharibəsinin könüllü döyüşçüsü ilə bağlı bir sıra təfərrüatlar məlum olub.

Lent.az-ın məlumatına görə, Lənkəran rayonunun Göyşaban kəndindən olan qazi İbrahim Mirzəzadə astma xəstəsi olub. Vəziyyəti qəfil pisləşdiyi üçün təcili tibbi yardıma xəbər verilib. Ünvana gələn tibbi yardım əməkdaşı İ.Mirzəzadəyə iynə vurub. Bundan sonra, anafilaktik şoka düşüb və nəticədə dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, qazi İbrahim Mirzəzadə yanvarın 17-də, saat 12 radələrində rayonun Girdəni kəndində evdə ölüb.

Rayon prokurorluğuna daxil olan məlumat əsasında hüquq-mühafizə orqanlarının və məhkəmə tibbi ekspertizanın əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib. Bu zaman onun bədənində hər hansı xəsarət izləri aşkarlanmayıb.

Qohumlarının sözlərinə görə, İ.Mirzəzadə əvvəllər də nəfəs yolları xəstəliyindən əziyyət çəkib. Ötən gün isə onun xəstəliyi kəskinləşib, göstərilən tibbi yardımlara baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Hazırda faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, hadisə ilə bağlı mediada və sosial şəbəkələrdə yayılan məlumata görə, Vətən Müharibəsi iştirakçısı İbrahim Mirzəzadə 2 gün öncə ordudan tərxis olunmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3401

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15