Ölümlə nəticələnən qəza: sürücü qaçdı -FOTO
14 mart 2023 00:43 (UTC +04:00)

Ölümlə nəticələnən qəza: sürücü qaçdı-FOTO

0

Bakının Sabunçu rayonunda piyadavurma hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə "Zabrat" qəsəbəsində qeydə alınıb. 
Minik avtomobili yolu keçən piyada - 1986-cı il təvəllüdlü Əliyev Sübhan Ağamehdi oğlunu vurub. Daha sonra sürücü avtomobili ilə birlikdə hadisə yerini tərk edib.

Əliyev Sübhan Ağamehdi oğlu zərbənin təsirindən dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon Şöbəsinə yerləşdirilib.

Əraziyə polis əməkdaşları cəlb edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2823

Oxşar yazılar