Olimpiya çempionu  narkotiklə TUTULDU
24 iyun 2026 18:16 (UTC +04:00)

Olimpiya çempionu narkotiklə TUTULDU

0

ABŞ-ın məşhur dağ xizəkçisi, olimpiya çempionu Bode Miller narkotik maddə saxlamaq şübhəsi ilə saxlanılıb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, iyunun əvvəlində idmançı ABŞ-ın Aydaho ştatında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Axtarış zamanı onun üzərində 4,1 qram hallüsinogen göbələk olan bağlama aşkarlanıb.

Bundan sonra Millerə narkotik vasitələrin və onların istifadəsi üçün nəzərdə tutulan əşyaların qanunsuz saxlanılması ittihamı irəli sürülüb. Dağ xizəkçisi ittihamları qəbul etməyib. 48 yaşlı idmançı 5 min dollar girov ödədikdən sonra sərbəst buraxılıb.

Bode Miller 2010-cu il Qış Olimpiya Oyunlarında superkombinasiya növündə qızıl medal qazanıb. O, həmçinin 2014-cü ildə Soçidə keçirilən Olimpiadada bürünc medal əldə edərək dağ xizəyi üzrə Olimpiya tarixinin ən yaşlı mükafatçısı olub.

Amerikalı idmançının karyerasında ümumilikdə bir qızıl, üç gümüş və iki bürünc Olimpiya medalı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar