Oğuzda avtomobil yandı
09 oktyabr 2021 05:24 (UTC +04:00)

Oğuzda avtomobil yandı

0

Oğuz rayonunun Bucaq kəndində avtomobildə yanğın olub.

Lent.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 32 m² olan talvarın altında "VAZ" markalı minik avtomobilinin mühərrik və salon hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1381

Oxşar yazılar