Yanvarın 4-də Şəmkir şəhərindəki evlərin birindən 1800 manat pul və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Lent.az DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin evin bir otağında tavan, döşəmə, şkaf, yataq dəsti və geyim əşyaları da yandırılıb.
Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini E.Həsənov saxlanılıb.