Qusar rayon Polis Şöbəsi Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən qızıl-zinət əşyaları oğurlamaqla zərərçəkmişə maddi ziyan vuran şəxs saxlanılıb.
DİN mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Lent.az-a verilən məlumata görə, araşdırmalarla həmin şəxsin rayon sakini Zərbəli Çigəliyev olduğu müəyyən edilib.
Dindirilmə zamanı Z.Çigəliyev törətdiyi oğurluq hadisəsini etiraf edərək, əldə etdiyi qızıl-zinət əşyalarının bir qismini dəyərindən ucuz qiymətə satdığını bildirib. Oğurlanan əşyaların çox hissəsi niisə polis əməkdaşları maddi sübut kimi götürüblər.
Faktla bağlı Qusar rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxsin analoji hadisələrdə iştirak edib-etməməsi araşdırılır.