Türkiyənin İstanbul şəhərində qəribə oğurluq hadisəsi baş verib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə 3 gün əvvəl şəhərin Avcılar (Ovçular) adlanan ərazisində qeydə alınıb.
K.Abdülsamet adlı şəxs səhər saatlarında sərnişin kimi mindiyi taksini qaçırıb. Daha sonra həmin avtomobillə 3 gün taksi fəaliyyəti ilə məşğul olub.
Saxlanlılan K.Abdülsametin narkotik qaçaqmalçılığı, evlərdən və avtomobillərdən oğurluq, qəsdən sağlamlığa zərərvurma maddələri ilə 46 cinayət törətdiyi müəyyən olunub.
Həmçinin, onun digər 11 cinayətlə bağlı axtarışda olduğu da üzə çıxıb.