Moskvanın mərkəzində bir mənzildə kişi və onun yaşlı anasının meyitləri tapılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, 57 yaşlı kişi və 90 yaşlı təqaüdçünün cəsədi Banni Leyndəki mənzildə aşkarlanıb.
Kişi yerdə uzanıqlı, qadın stulda oturulu halda olub. Qapı içəridən kilidləndiyi üçün mənzildə yad şəxslərin olması istisna edilib. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.