Oğlu tərəfindən  BALTA İLƏ  vurulan qadın öldü - YENİLƏNİB
14 yanvar 2022 08:42 (UTC +04:00)

Oğlu tərəfindən BALTA İLƏ vurulan qadın öldü - YENİLƏNİB

4

Xaçmazda oğulu tərəfindən balta ilə xəsarət yetirilən Sənəm Sultanova dünyasını dəyişib.

Lent.az xəbər verir ki, bu barədə APA-nın şimal bürosundan bildirilib.

Xatırladaq ki, S.Sultanova ötən gün müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmişdi.

***

13 yanvar, saat 19:16

Xaçmazda oğul anasına balta ilə xəsarət yetirib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əzizli kəndində qeydə alınıb.

Kənd sakini, 1956-cı il təvəllüdlü Sənəm Sultanova müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona baş və sifətin kəsilmiş-deşilmiş yarası, kəllə-beyin travması diaqnozu qoyulub.

İlkin məlumata görə, hadisəni qadının oğlu anası ilə münaqişə zəminində yetirib.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
4
# 4116

Oxşar yazılar