Tümendə iki məktəbli 13 yaşlı qıza təcavüz edib.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, məktəbli qız sosial şəbəkədə iki orta məktəb şagirdi ilə tanış olub. Bundan sonra həmin oğlan şagirdlərdən biri onu görüşə dəvət edib. Gəzinti zamanı oğlan qızı binanın blokuna apararaq, dostuna zəng edib və onu yaşayış binasından buraxmayıb. Yeniyetmələr məktəbli qıza təcavüz edərək baş verənləri videoya çəkiblər.
Hadisədən sonra orta məktəb şagirdləri çəkilmiş şəkillərlə qızı şantaj etməyə başlayıb. Onu yeni intim fotolarını çəkməyə məcbur edib və cinsi əlaqəyə sövq ediblər. Qızın imtinasından sonra oğlanlar zorlamanın videosunu internetdə yayıblar.
Hadisədən xəbər tutan məktəblinin anası polisə müraciət edib. Yeniyetmələr özlərini təqsirli bilməyiblər və qızın təşəbbüsü ilə cinsi əlaqədə olduqlarını deyiblər.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.